ABŞ-da 11 sentyabr terror hücumlarına görə Səudiyyə Ərəbistanı şirkətlərinə qarşı iddia qaldırılıb

ABŞ-da 11 sentyabr terror hücumlarına görə Səudiyyə Ərəbistanı şirkətlərinə qarşı iddia qaldırılıb "Bu şirkətlərin köməyi olmadan "Əl-Qaidə" yaraqlıları terror hücumunu planlaşdırıb həyata keçirə bilməzdi"
Digər ölkələr
14 Aprel , 2017 11:55
ABŞ-da 11 sentyabr terror hücumlarına görə Səudiyyə Ərəbistanı şirkətlərinə qarşı iddia qaldırılıb

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ-ın 20-dən çox sığorta şirkəti 2001-ci ilin 11 sentyabr terror hücumu ilə əlaqədar Səudiyyə Ərəbistanının iki bankına, eləcə də şirkətlərinə və bir neçə xeyriyyə təşkilatlarına ümumi dəyəri 4,2 milyard dollar olan iddia qaldırıb.

"Report" RBK-yə istinadən xəbər verir ki, ABŞ-ın sığorta şirkətləri Səudiyyə Ərəbistanı banklarının və şirkətlərinin "Əl-Qaidə" terror qruplaşmasının keçmiş lideri Usamə bin Ladenin ailəsinə bağlı olduğunu iddia edir.

Bu təşkilatlar terror aktına yardım etməkdə ittiham olunur. "Bu şirkətlərin köməyi olmadan "Əl-Qaidə" yaraqlıları terror hücumunu planlaşdırıb həyata keçirə bilməzdi" - iddianamədə yazılıb.

Qeyd edək ki, bu ilin mart ayında aralarında 11 sentyabr terror hücumu zamanı zərər çəkmişlər və yaxınlarının da olduğu təxminən 800 nəfər Səudiyyə Ərəbistanına qarşı kollektiv iddia qaldırıb.

Son xəbərlər

Orphus sistemi