ABŞ ballistik raket sınağı keçirib

ABŞ ballistik raket sınağı keçirib Kaliforniya ştatının cənubunda "Traydent 2" adlı ballistik raket uğurla sınaqdan keçirib
Digər ölkələr
8 Noyabr , 2015 11:22
ABŞ ballistik raket sınağı keçirib

Bakı. 8 noyabr. REPORT.AZ/ ABŞ strateji əhəmiyyətə malik olan qitələrarası ballistik raket sınağı keçirib.

"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Hərbi Donanmasının rəsmisi Rayn Perri bildirib ki, Kaliforniya ştatının cənub sahillərində "Traydent 2" adlı ballistik raket uğurla sınaqdan keçirib.

"Kentukki" adlı sualtı qayıqdan atılan bu raketin nüvə başlıqları daşımağa qadir olduğu qeyd olunur. İdarəetmə imkanına malik olan "Traydent 2"-nin dağıdıcılıq qabiliyyəti də yüksəkdir. 

Son xəbərlər

Orphus sistemi