ABŞ ballistik raket sınağı həyata keçirəcək

ABŞ ballistik raket sınağı həyata keçirəcək ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib ki, ABŞ Rusiya Federasiyasına sentyabrın 6-da səhər saatlarında Minuteman III ballistik raketinin sınağının keçirəcəyi ilə bağlı xəbərdarlıq edib.
Digər ölkələr
6 Sentyabr , 2023 05:47
ABŞ ballistik raket sınağı həyata keçirəcək

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib ki, ABŞ Rusiya Federasiyasına sentyabrın 6-da səhər saatlarında Minuteman III ballistik raketinin sınağının keçirəcəyi ilə bağlı xəbərdarlıq edib.

“Report” xəbər verir ki, raketin Vanderberq kosmodromundan buraxılması sentyabrın 5-i saat 23:47-dən sentyabrın 6-sı saat 5:47-dək (Bakı vaxtı ilə 10:47-dən 6 sentyabr 16:17-dək - Qeyd) ​​müddətə planlaşdırılır.

Patrik Rayder vurğulayıb ki, raketin sınaq buraxılışında məqsəd ABŞ nüvə qüvvələrinin hazır olduğunu nümayiş etdirməkdir: “Bu sınaq adidir, planlaşdırılıb”.

Son xəbərlər

Orphus sistemi