ABŞ Avropa və Sakit Okean bölgəsində hərbçilərinin sayını artırır

ABŞ Avropa və Sakit Okean bölgəsində hərbçilərinin sayını artırır ​​​​​​​Pentaqon ABŞ ordusunun əməliyyat-taktiki bölmələrindən birini Avropada yerləşdirməyi planlaşdırır
Digər ölkələr
12 Mart , 2021 07:43
ABŞ Avropa və Sakit Okean bölgəsində hərbçilərinin sayını artırır

Pentaqon ABŞ ordusunun əməliyyat-taktiki bölmələrindən birini Avropada, ikisini isə Asiya-Sakit Okean bölgəsində yerləşdirməyi planlaşdırır.

“Report”un məlumatına görə, bunu ABŞ-ın Quru Qoşunlar Baş Qərargah rəisi, general Ceyms Makkonvill bildirib.

Bu bölmələrin hələ formalaşma mərhələsində olduğunu deyən general hərbçilərin harada yerləşdiriləcəyi ilə bağlı sualı cavabsız qoyub.

Onun sözlərinə görə, bu cür birləşmələr, ehtimal ki, hipersəsli raketlərdən orta mənzilli raketlərə qədər uzun mənzilli dəqiq silahlara sahib olacaq.

Hərbçiləri eyni zamanda lazımi kəşfiyyat vasitələri, habelə raket əleyhinə müdafiə vasitələri ilə təchiz ediləcəklər.

Son xəbərlər

Orphus sistemi