ABŞ 2024-cü ildə Asiyada ortamənzilli raketlər yerləşdirməyi planlaşdırır

ABŞ 2024-cü ildə Asiyada ortamənzilli raketlər yerləşdirməyi planlaşdırır ABŞ 2024-cü ildə Hind və Sakit Okean regionunda yerüstü ortamənzilli raketlər yerləşdirməyi planlaşdırır.
Digər ölkələr
3 Dekabr , 2023 16:27
ABŞ 2024-cü ildə Asiyada ortamənzilli raketlər yerləşdirməyi planlaşdırır

ABŞ 2024-cü ildə Hind və Sakit Okean regionunda yerüstü ortamənzilli raketlər yerləşdirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Nikkei” qəzeti ABŞ-ın Hind-Sakit Okean Komandanlığının nümayəndəsi Rob Fillipsə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu raketlər Çindən gələn təhlükənin qarşısını almaq üçün “soyuq müharibə”dən sonra ilk dəfə yerləşdirilir. Söhbət “Standard Missile-6” (SM-6) və ya “Tomahawk” qanadlı raketinin yerüstü versiyasından gedir. Bu raketlərin uçuş məsafəsi 2,7 min km-ə qədərdir.

Bununla belə, qəzet qeyd edir ki, ABŞ-ın təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirdiyi Yaponiya və Filippin regionda silahlı münaqişə baş verəcəyi təqdirdə Çinin hədəfinə çevrilməkdən ehtiyatlandığı üçün Amerikanın yeni hərbi imkanlarını görmək istəmirlər.

Daha əvvəl Yaponiyanın "Sankei" qəzeti xəbər verib ki, Vaşinqton bir neçə il əvvəl Yaponiyada yerüstü ortamənzilli raketlərin yerləşdirilməsi üçün zəminləri araşdırmağa başlayıb.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Yaponiyanın Pentaqonun Asiyada orta və qısamənzilli raketlər (INF) yerləşdirmək planlarında iştirakı Rusiyanın təhlükəsizliyinə əlavə təhdidlər yaradır.

Son xəbərlər

Orphus sistemi