Amerika 2016-ci ildə Polşada ağır silahların yerləşdirilməsinə başlayacaq

Amerika 2016-ci ildə Polşada ağır silahların yerləşdirilməsinə başlayacaq Bazalar ölkənin qərb və şimal-qərbində yerləşir
Digər ölkələr
28 Avqust , 2015 08:37
Amerika 2016-ci ildə Polşada ağır silahların yerləşdirilməsinə başlayacaq

Bakı. 28 Avqust. REPORT.AZ/ 2016-cı ilin ortalarında Polşanın iki hərbi bazasında Amerikaya məxsus ağır texnikanın yerləşdirilməsinə başlanacaq.

"Report" xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Tomaş Semonyak "Twitter"dəki mikrobloqunda məlumat yerləşdirib.

Amerikanın tank və özüyeriyən artilleriya qurğularının yerləşdiriləcəyi bazalar ölkənin qərb və şimal-qərbindədir. Nazir bildirib ki, məsələnin təfərrüatları NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin 2015-ci il oktyabrın əvvəlində Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi