"A320" təyyarəsinin qəzaya uğradığı ərazidən ilk cəsəd çıxarılıb

"A320" təyyarəsinin qəzaya uğradığı ərazidən ilk cəsəd çıxarılıb Ümumilikdə neçə cəsədin çıxarıldığı açıqlanmır
Digər ölkələr
26 Mart , 2015 02:21
A320 təyyarəsinin qəzaya uğradığı ərazidən ilk cəsəd çıxarılıb

Bakı. 26 mart. REPORT.AZ/ Xilasedicilər Fransanın çətin keçilə bilən Alp dağları ərazisindən qəzaya uğramış "Germanwings" aviaşirkətinə məxsus "A320" təyyarəsinin ilk sərnişininin qalıqlarını çıxartmağa müvəffəq olublar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "DPA" nəşrinə Fransa polisinin nümayəndəsi məlumat verib.

Bununla yanaşı o, xlasedicilərin neçə cəsəd çıxartmağa nail olduqlarını açıqlamayıb.

Barselona-Düsseldorf marşrutu üzrə hərəkət edən "A320" layneri çərşənbə axşamı dağlıq yüksəkliklərdə qəzaya uğrayıb. Təyyarədə olan 144 sərnişin və altı heyət üzvü həlak olub. Ölənlərin əksəriyyəti Almaniya və İspaniya vətəndaşlarıdırlar.

Son xəbərlər

Orphus sistemi