317 mindən çox kanadalı Maskın vətəndaşlıqdan məhrum edilməsinə dair petisiyanı imzalayıb

Digər ölkələr
  • 27 fevral, 2025
  • 17:13
317 mindən çox kanadalı Maskın vətəndaşlıqdan məhrum edilməsinə dair petisiyanı imzalayıb

Amerikalı iş adamı İlon Maskın Kanada vətəndaşlığından məhrum edilməsini tələb edən petisiyaya imza atan Kanada sakinlərinin sayı artıq 317 min 600 nəfəri keçib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Kanada İcmalar Palatasının saytında yerləşdirilib.

Ölkə sakinləri 1989-cu ildə Kanada vətəndaşlığı alan amerikalı iş adamının ölkənin maraqlarına zidd davrandığını, seçkilərə müdaxilə etdiyini əsas gətirərək Maskın Kanada vətəndaşlığından məhrum olunmasını tələb edirlər.

CBC telekanalı Kanada Vəkillər Assosasiyasının miqrasiya şöbəsinin keçmiş sədri Qabriela Ramoya istinadən bildirib ki, ölkəni rəsmi şəxsləri Maskı Kanada vətəndaşlığından məhrum edə bilməyəcəklər, çünki bu, qanuna dəyişiklik olunmasını tələb edir. Q.Ramo qeyd edib ki, Kanadada vətəndaşlığın ləğvi olduqca nadir hallardandır. 

44 filmi