Torontoda Xocalı faciəsinin qurbanları yad edilib

Torontoda Xocalı faciəsinin qurbanları yad edilib Kanadanın Toronto şəhərində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Diaspor
20 Fevral , 2024 09:46
Torontoda Xocalı faciəsinin qurbanları yad edilib

Kanadanın Toronto şəhərində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə azərbaycanlılarla yanaşı, Kanada Türk Dərnəkləri Federasiyasının prezidenti Sima Açan, Qızılbaş Qlobal İrs Şurasının regional direktoru Arşi Qızılbaş, Kanadada yaşayan müxtəlif icmaların üzvləri, Moldovanın fəxri konsulu, Türkiyənin Torontodakı baş konsulunun müavini, kanadalı siyasətçilər, tarixçilər və yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak edib.

“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova tədbir iştirakçılarına Xocalı faciəsi barədə ətraflı məlumat verib, Azərbaycan xalqının məruz qaldığı bu amansız soyqırımın tanıdılmasının, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıb.

Türkiyənin Torontodakı baş konsulunun müavini Mert Sav Azərbaycan və Türkiyə qardaşlığının əbədi olduğunu və türk xalqının Xocalı qətliamını heç zaman unutmayacağını bildirib.

Tarixçi professor İlqar Məmmədov Xocalıda baş verənləri Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri kimi qiymətləndirib və tarixi faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Kanadalı siyasətçilər Reza Moridi və Yasmin Ratansi çıxışlarında Xocalının 32 il əvvəl bəşər tarixinin ən amansız qətliamlarından birinə şahidlik etdiyini bildiriblər .

Tədbirin bədii hissəsində görkəmli bəstəkar Arif Məlikovun əsərlərindən ibarət kompozisiya təqdim olunub, “Azərbaycan Evi”nin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirib, Nuray Hüseynova ifası ilə yadda qalıb.

ELTV media qrupu ilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı əsasında “History of Azerbaijan” (“Azərbaycan tarixi”) layihəsi çərçivəsində hazırlanan, Xocalı faciəsini əks etdirən qısametrajlı sənədli film və foto-sərgi nümayiş etdirilib.

Qeyd edək ki, tədbirin moderatoru,tanınmış kanadalı siyasətçi Toni Ruprext olub. O, Xocalı cinayətkarlarının beynəlxalq məhkəməyə cəlb olunmasının vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi