Ukraynada azərbaycanlıların birgə fəaliyyəti ilə bağlı BUAK təkliflərini açıqlayıb

Ukraynada azərbaycanlıların birgə fəaliyyəti ilə bağlı BUAK təkliflərini açıqlayıb Bakı. 23 iyul. REPORT.AZ/ Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Kiyevə səfəri çərçivəsində Azərbaycan diaspor təşkilatlarının birləşdirilməsi ilə bağılı qəbul edilən ümumi qərar ölkədəki diasporun illərdir formalaşmasında ən uğurlu addımlardandır. Güclərin birləşdirilməsi, qarşılıqlı ittihamlara və narazılığa son qoyulması təbii ki azərbaycançılığın qələbəsidir, milli maraqlarımızın gücləndirilməsinə verilən töhfədir.
Diaspor
23 İyul , 2018 18:45
Ukraynada azərbaycanlıların birgə fəaliyyəti ilə bağlı BUAK təkliflərini açıqlayıb

Bakı. 23 iyul. REPORT.AZ/ "Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Kiyevə səfəri çərçivəsində Azərbaycan diaspor təşkilatlarının birləşdirilməsi ilə bağılı qəbul edilən ümumi qərar ölkədəki diasporun illərdir formalaşmasında ən uğurlu addımlardandır. Güclərin birləşdirilməsi, qarşılıqlı ittihamlara və narazılığa son qoyulması təbii ki azərbaycançılığın qələbəsidir, milli maraqlarımızın gücləndirilməsinə verilən töhfədir". 

"Report" xəbər verir ki, bunu Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Asdambleyasının prezidenti Rövşən Tağıyev yaydığı açıqlamada bildirib.

Rövşən Tağıyev qeyd edib ki, çox təəssüf ki bəziləri, xüsusilə bəzi xəbər saytları bundan sensasiya düzəltmək və fikri başqa istiqamətə yönəltmək istəyir: "Biz tələb və xahiş edirik ki, özünü milli maraqların təmsilçisi hesab edən hər kəs təxribata son qoysun və belə bir müsbət addıma ləkə gətirməsinlər. Ukrayna kimi bir ölkədə Azərbaycan diaspor təşkilatlarının birləşməsinə sevinmək lazımdır, nəinki bundan kiminsə əleyhinə kampaniya düzəltmək".

R.Tağıyev bildirir ki, bu hadisə uzun zamandır Ukraynada Azərbaycan diasporunun formalaşması istiqamətində görülən işdə yeni bir mərhələyə yol açıb, bütün tərəflər öz gücünü tarixi vətənləri Azərbaycanın, xalqının naminə birləşdirib: "Vətənimiz Azərbaycanın hələ müstəqilliyinin ilk illərindən Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüs və dəstəyi ilə dünyada diasporumuzun təmərküzləşməsinə start verildi, məhz onun sayəsində ilk dəfə olaraq azərbaycanlılar konqresi 1999-cu ildə Ukraynada yaradıldı. Bir məsələni də qeyd edim ki, bu heç də o demək deyil Diasporla iş üzrə Dövlət Komitəsinin əvvəlki rəhbərliyi bunu bacarmadı. Xeyir, Azərbaycan diasporunun formalaşmaşı çoxdan başlanılan bir addım idi və əvvəlki rəhbərliyin, konkret olaraq Nazim İbrahimovun da xidmətləri olub. Yeni sədr Fuad Muradov isə fəallıq göstərərək bunu yeni mərhələyə keçirdi: təşkilatların birləşməsinə prinsipial dəstək nümayiş etdirdi. Hər bir azərbaycanlı isə buna ancaq sevinməlidir". 

Tağıyev həmçinin qeyd edib ki, o, diaspor təşkilatlarının birləşməsi ilə bağlı üç tələb də irəli sürüb: "Birincisi, Ukraynada azərbaycanlılar təşkilatlarını özündə birləşdirəcək yeni yaradılan Ukrayna Azərbaycanlılar Şurasında vahid rəhbər postu olmayacaq, birləşən təşkilat rəhbərlərinə bərabər status verən həmsədr institutu formalaşsın. İkincisi, heç bir diaspor təşkilatı, diaspor nümayəndəsi mətbuatda biri - birinə qarşı təxribat xarakterli çıxışlara, bəyanatlara qəti yol verməsin. Üçüncü təşəbbüs isə Ukraynada fəaliyyət gösətərən Azərbaycan diaspor nümayəndələri Ukrayna hakimiyyətinə qarşı radikal mövqe nümayiş etdirməsinlər, bu kimi çağırışlara yol verməsinlər. Mənim istədiyim odur ki hər hansı narazılığa yol açacaq nüans olmasın, əksinə bu birlik olduqca dərinə kök atsın. O zaman nəinki Ukraynada, ümumiyyətlə Avropada Azərbaycan diasporunun qarşısını heç bir qüvvə ala bilməz. Hansı ki, son illər bütün Avropada Azərbaycan diaspor hərəkatında yeni canlanma müşahidə olunur".

Xatırladaq ki, iyulun 19-da DİDK-nin sədri Fuad Muradovun Kievə səfəri çərçivəsində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu, Kiyev şəhər Azərbaycanlılar Konqresi və digər təşkilatlar birləşmək barədə qərar qəbul ediblər.

Son xəbərlər

Orphus sistemi