Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının mərkəzi qərargahında Həmrəylik Günü ilə bağlı toplantı, eyni zamanda filologiya elmləri doktoru, tanınmış jurnalist Rövşən Raqifoğlunun (Məmmədov) “Azərbaycan diasporu” kitabının təqdimatı keçirilib.
"Report" xəbər verir ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UADB), Ukrayna Azərbaycanlıları Alimlər Şurasının, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK), ölkədəki tanınmış azərbaycanlıların və eyni zamanda bir sıra vilayətlərdən gələn diaspor rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda əvvəlcə 2019-cu ildə Azərbaycan diasporunun fəaliyyəti müzakirə olunub.
Bildirilib ki, bu il Ukrayna azərbaycanlılarının fəallığı əvvəlki illərə nisbətdə daha məhsuldar olub. Bura Ukraynada azərbaycanlıların yüksək vəzifələrə irəli çəkilməsi, Azərbaycan Respublikası
UADB sədri, hüquq elmləri doktoru Hikmət Cavadov Ukrayna prezidenti Vladimir Zelenskinin bu yaxınlarda Azərbaycana baş tutan səfərinin fəaliyyətlərinə böyük təkan verəcəyini bildirib. H.Cavadov milli diaspor fəaliyyətimizdə ilk nəzəri əsər olan “Azərbaycan diasporu” kitabı haqqında da söz açaraq bildirib ki, nəşr ilkin olaraq gənclər təşkilatlarının fəallarına, eləcə də qərb bölgəsi də daxil olmaqla bütün Ukraynada Azərbaycan mərkəzlərinə çatdırılıb və bu proses növbəti aylarda da davam edəcək:
“Bu kitab elmi vəsait kimi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların qlobal informasiya savaşında iştirakında istifadə üçün çox vacib materialdır. Burada qeyd olunan statistikalar, analizlər və qarşıda duran vəzifələr bizim fəaliyyətimiz üçün maraqlı hədəflər müəyyənləşdirir. Kitabda Azərbaycançılıq ideologiyasına uyğun olaraq diasporumuzun aparmalı olduğu işlərlə bağlı əsas strategiya müəyyənləşdirilib ki, bu da indiki zamanda bizə çox lazımdır. Kitabda maraqlı elmi araşdırmalar var. Bizim, xüsusən də gənclərimizin sözü gedən elmi araşdırmalarla tanış olması şərtdir”.
Çıxış edən BUAK və Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev də “Azərbaycan diasporu”nun xaricdə yaşayan həmvətənlər üçün əsl məlumat bazası olduğunu qeyd edərək bunun digər dillərə tərcümə olunmasını da təklif edib.
Daha sonra Ukraynada azərbaycanlı alimlər - Fərhad Turanlı, Arif Quliyev, Ukraynanın Xalq artisti Qurban Abbasov və Ukraynanın vilayətlərindən gələn digər diaspor rəhbərləri həmrəylik günü ilə bağlı hesabatlarını verərək təqdim olunan kitab haqqında bildiriblər ki, bu, diaspor fəaliyyətdə maraqlı addımdır, bunun Ukraynadan başqa digər ölkələrdə də fəaliyyət göstərən diaspor təşkilatlarımızın fəalları arasında yayılması da zəruridir.
Bildirilib ki, bu əsər xüsusilə informasiya savaşında dünya azərbaycanlıları üçün əsl məlumat kitabçasıdır. Daha sonra qərara alınıb ki, kitab nüsxələrinin daha bir hissəsi də Bakıdan gətirilsin və aidiyyəti təşkilatlara verilsin.
Qeyd edək ki, “Azərbaycan diasporu” kitabı Rövşən Raqifoğlunun sayca üçüncü elmi əsəridir. Bundan başqa, o, 40-dan çox elmi məqalənin müəllifidir, ali təhsil müəssisələrində pedaqoji fəaliyyət ilə məşğul olub. Tədbirdə eyni zamanda Azərbaycan Respublikasının Diasporla İş zrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən layihələr barədə videoçarxlar da nümayiş olunub.