Poltava azərbaycanlıları Konqresi Həmrəylik günü ərəfəsi toplanıb

Poltava azərbaycanlıları Konqresi Həmrəylik günü ərəfəsi toplanıb Ukraynanın Poltava vilayəti azərbaycanlıları Konqresi dünya azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində bir araya gəliblər.
Diaspor
28 Dekabr , 2021 11:09
Poltava azərbaycanlıları Konqresi Həmrəylik günü ərəfəsi toplanıb

Ukraynanın Poltava vilayəti azərbaycanlıları Konqresi dünya azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində bir araya gəliblər.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Poltava şəhərində toplanan konqres üzvləri əvvəlcə ilin yekunları və növbəti ilin planları barədə müzakirələr aparıblar.

Müzakirələrdən əvvəl Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində şəhid olan soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Poltava vilayəti Azərbaycanlıları Konqresinin sədri, iqtisad elmləri doktoru, akademik Xanlar Mahmudov konqresin daha da təkmilləşməsini xatırladaraq görülən və görüləcək işlər barədə öhdəlikləri sadalayıb.

Konqresin sədr müavinləri Cavid İsmayılov, Səhrəddin Məmişov, üzvlər Nəsimi Babayev, Nəriman Mustafayev və digərləri çıxış edərək təkliflərini səsləndiriblr. Toplantıdan sonra vilayətdə yaşayan azərbaycanlıların bayram ziyafəti təşkil olunub. Tədbir çərçivəsində konqresin üzvü, Ukraynanın şərqində gedən döyüşlərdə fərqlənməsinə görə müxtəlif orden və medallara layiq görülən azərbaycanlı hərbçi Cavanşir Mustafayev fəxri fərmanla təltif olunub. Daha sonra konqresin yeni üzvlərinə vəsiqələr paylanılıb.

Son xəbərlər

Orphus sistemi