Moskvada Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Moskvada Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb "Əhli-Beyt" Cəmiyyətinin İslam Mədəniyyət Mərkəzində qətlə yetirilən günahsız insanların ruhuna rəhmət oxunub
Diaspor
26 Fevral , 2018 13:48
Moskvada Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Moskva. 26 fevral. REPORT.AZ/ Moskva azərbaycanlıları Xocalı faciəsi ilə bağlı iki tədbir keçiriblər.

"Report"un Rusiya bürosunun məlumatına görə, "Əhli-Beyt" Cəmiyyətinin İslam Mədəniyyət Mərkəzində  qətlə yetirilən günahsız insanların ruhuna rəhmət oxunub.

Cəmiyyətin rəhbəri Nizami Baloğlanov deyib ki, Xocalı soyqırımı yaşadığı ölkədən asılı olmayaraq, bütün azərbaycanlıların ümumi ağrısıdır, acısıdır.

Ölənlərin xatirəsinə ehsan verilib.

Bununla yanaşı, Moskva və Moskva vilayətinin Milli-Mədəni Muxtariyyət sisteminin üzvləri olan Azərbaycan ictimai təşkilatları xatirə tədbirləri keçirib və ehsan veriblər.

Tədbirə toplaşanlar ermənilərin törətdiyi vəhşilikləri əks etdirən, Ermənistan-Azərbaycan münaqişəsi və "Xocalıya ədalət" beynəlxalq kampaniyası ilə bağlı ədəbiyyat və multimedia məhsullarının mini-sərgisi, "İrs" jurnalları, Heydər Əliyev Fondunun nəşrləri ilə tanış olublar.

Həmçinin Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı çəkdirdiyi sənədli film nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi