Dövlət Komitəsinin sədri koreyalı-azərbaycanlı ailəsinin qonağı olub

Dövlət Komitəsinin sədri koreyalı-azərbaycanlı ailəsinin qonağı olub Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Koreyada koreya-azərbaycanlı ailəsinin qonağı olub.
Diaspor
30 May , 2023 08:43
Dövlət Komitəsinin sədri koreyalı-azərbaycanlı ailəsinin qonağı olub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Koreya Respublikasına səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovla birlikdə Seul şəhərində “BUTA” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının mərkəzi ilə tanış olub.

Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.

Assosiasiyanın sədri Cəmil Vəliyev təşkilatın fəaliyyəti, mərkəzin imkanları və gələcək planları haqqında qonaqları məlumatlandırıb. Görüş qarşılıqlı fikir mübadiləsi və Dövlət Komitəsi tərəfindən bir sıra təbliğat materiallarının təqdim edilməsi ilə yekunlaşıb.

Daha sonra Dövlət Komitəsinin sədri Koreyanın İnçon (İncheon) şəhərində yaşayan koreya-azərbaycanlı ailəsinin qonağı olub. Azərbaycanlı xanım Ümman Li və həyat yoldaşı Seungree Li qonaqları Azərbaycan dilində salamlayıblar. Ailə hekayələrindən danışarkən Seungree Li Azərbaycanı çox sevdiyini, adət-ənənələrimizi və milli mətbəximizi çox bəyəndiyini bildirib.

Dövlət Komitəsi adından gənc ailəyə xatirə hədiyyələri təqdim olunub.

“Koreyanın İInbeon şəhərində koreya-azərbaycanlı ailəmizin qonağı olduq. Onlarla söhbət etmək, xatirələrini dinləmək bizə çox xoş əhval bəxş elədi. Qonaqpərvərliyə və səmimi ünsiyyətə görə onlara təşəkkür edirəm. Ümman & 이승리 (Zəfərə) xoşbəxtlik və uğurlar arzulayıram”, - F.Muradov tviterdə yazıb.

Qeyd edək ki, Ümmanın valideynləri Azərbaycanın əməkdar artistləri Vüsal Rzayev və Elmira Kərimovadır. Onlar vaxtilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında və Naxçıvan Dövlət Uşaq Teatrında çalışıblar.

Son xəbərlər

Orphus sistemi