Gürcüstanın azərbaycanlılar yaşayan kəndində etiraz aksiyası keçirilib

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində etiraz aksiyası keçirilib Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Daştəpə kəndində etiraz aksiyası keçirilib
Diaspor
8 Fevral , 2021 16:48
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində etiraz aksiyası keçirilib

Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Daştəpə kəndində etiraz aksiyası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bir qrup sakin kənddə mövcud olan problemlərin illərdir həll olunmamasından şikayət ediblər.

Onların sözlərinə görə, Daştəpə suvarma suyu ilə təmin olunmur və bu problem yalnız seçkilər öncəsi yada düşür, lakin verilən vədlər yerinə yetirilmir.

Kənddə məişət tullantıları üçün yerləşdirilən qutuların, işıq dirəklərinin yetərli olmadığı da bildirilib. Sakinlər Daştəpədə zibillərin aylarla yol kənarlarında toplandığını və antisanitar vəziyyətin yarandığını da qeyd ediblər.

Etirazçılar aidiyyəti dövlət qurumlarını kəndi narahat edən problemlərə biganə qalmamağı tələb ediblər.

Qeyd edək ki, Daştəpə kəndində analoji aksiya ötən ilin sentyabrında da keçirilib.

Son xəbərlər

Orphus sistemi