Diaspor Komitəsi: "Hər il 1500-dən artıq azərbaycanlı Gürcüstandakı tədris mərkəzlərindən istifadə edir"

Diaspor Komitəsi: "Hər il 1500-dən artıq azərbaycanlı Gürcüstandakı tədris mərkəzlərindən istifadə edir" Hər il 1500-dən artıq azərbaycanlı Tbilisi, Marneuli, Qardabani, Bolnisi və Dmanisidəki inteqrasiya və tədris mərkəzlərinin xidmətindən istifadə edir.
Diaspor
17 Yanvar , 2024 16:18
Diaspor Komitəsi: Hər il 1500-dən artıq azərbaycanlı Gürcüstandakı tədris mərkəzlərindən istifadə edir

Hər il 1500-dən artıq azərbaycanlı Tbilisi, Marneuli, Qardabani, Bolnisi və Dmanisidəki inteqrasiya və tədris mərkəzlərinin xidmətindən istifadə edir.

"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə məlumat verilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycana səfərə gələn nümayəndə heyəti ilə görüşdə dostluq, strateji tərəfdaşlıq, həmçinin qonşuluq prinsiplərinə söykənən Azərbaycan-Gürcüstan əməkdaşlığı barədə danışılıb.

Həmçinin qeyd edilib ki, qonşu ölkədə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası istiqamətində xüsusi layihələr həyata keçirilir, onlara təmənnasız hüquqi yardım göstərilir.

Son xəbərlər

Orphus sistemi