Britaniya hökuməti azərbaycanlıların Xankəndi-Laçın yolundakı aksiyasına münasibət bildirib

Britaniya hökuməti azərbaycanlıların Xankəndi-Laçın yolundakı aksiyasına münasibət bildirib Böyük Britaniya hökuməti Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovanın Azərbaycan ərazisindəki ekosistemə Ermənistan tərəfindən ziyan vurulması ilə bağlı məktubunu cavablandırıb.
Diaspor
30 Dekabr , 2022 16:34
Britaniya hökuməti azərbaycanlıların Xankəndi-Laçın yolundakı aksiyasına münasibət bildirib

Böyük Britaniya hökuməti Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovanın Azərbaycan ərazisindəki ekosistemə Ermənistan tərəfindən ziyan vurulması ilə bağlı məktubunu cavablandırıb.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirlib.

Qeyd olunub ki, Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Məsələləri Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Direktorluğunun adından diaspor rəhbərinə ünvanlanan məktubda deyilir:

“Hörmətli Fəridə Pənahova,

Azərbaycanın ekosistemi haqqında İcmalar Palatasının liderinə dekabrın 14-də göndərdiyiniz elektron məktuba görə təşəkkür edirik. Bu məktuba cavab verilməsi Şərqi Avropa və Mərkəzi Asiya Direktorluğuna həvalə edilib.

Böyük Britaniya hökuməti Azərbaycan hökumətinin və xalqının Qarabağdakı ekoloji vəziyyətlə bağlı narahatlığından xəbərdardır. Birləşmiş Krallıq Hökuməti ətraf mühitin mühafizəsi üzrə öz öhdəliklərinə ciddi yanaşır və lazım gəldikdə, öz narahatlığını müvafiq hökumətin diqqətinə çatdırır.

Böyük Britaniya hökuməti son olaraq dekabrın 20-də BMT Təhlükəsizlik Şurasında Ermənistan və Azərbaycanı aralarındakı gərginliyin dinc və davamlı həllini təmin etmək üçün dialoqa çağırıb. Biz onlar arasında çözülməmiş problemləri həll etmək üçün hər iki tərəflə əlaqə saxlamağa davam edəcəyik”.

Son xəbərlər

Orphus sistemi