Ukrayna-Azərbaycan Gənclər hərəkatı 20 yanvar faciəsi ilə bağlı humanitar aksiya həyata keçirib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, hərəkat üzvləri Ukrayna Səhiyyə Nazirliyi Poltava Regional Şurasının dayaq-hərəkət sistemi xəstəlikləri olan uşaqlar üçün psixonevroloji xəstəxanasında xəstələr üçün humanitar dəstək həyata keçiriblər, geyim və qida məhsulları paylayıblar.
Daha sonra aksiya çərçivəsində hərəkatın həmsədri Əkbər Hüseynzadə yerli ictimaiyyətə və mətbuata Bakı qırğınının tarixi, keçmiş İttifaqa üzv ölkələrin əksəriyyətinin suverenlik əldə etdikdən sonra daha da dostlaşması, bunun fonunda Azərbaycan-Ukrayna xalqlarının əbədi dostluğunun formalaşmasından bəhs edib. O, qeyd edib ki, bu birgə hərəkat məhz ukraynalı və azərbaycanlı gənclərinin sıx qardaşlığından doğub və gələcəkdə birgə çox layihələri həyata keçirəcək.