Azərbaycanlı alim Kanadadakı Fields İnstitutunun ömürlük mükafatına layiq görülüb

Azərbaycanlı alim Kanadadakı Fields İnstitutunun ömürlük mükafatına layiq görülüb Dünya şöhrətli azərbaycanlı alim, Münhendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyev Kanadada fəaliyyət göstərən riyaziyyat elmləri sahəsində araşdırmalar üzrə Fields İ
Diaspor
28 İyun , 2023 14:01
Azərbaycanlı alim Kanadadakı Fields İnstitutunun ömürlük mükafatına layiq görülüb

Dünya şöhrətli azərbaycanlı alim, Münhendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyev Kanadada fəaliyyət göstərən riyaziyyat elmləri sahəsində araşdırmalar üzrə Fields İnstitutunun ömürlük mükafatına layiq görülüb.

Bu barədə “Report”a Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Fields İnstitutunun direktoru Prof. Dr. Kumar Murti adından azərbaycanlı alimə məktub ünvanlanıb.

Məktubda deyilir:

“Hörmətli professor Əfəndiyev!

Biz İnstitutun işində iştirakınıza ehtiram əlaməti olaraq sizi Fields İnstitutunun mükafatçılar qrupunda salamlamağa çox şadıq. Sizin tədqiqat nailiyyətləriniz və riyaziyyatçılar cəmiyyətinə xidmətiniz bizim toplum və ümumiyyətlə, bütün riyaziyyatçı alimlər üçün nümunə rolunu oynayır”.

Qeyd edək ki, Fields İnstitutu “Fields İnstitute Fellows” adlandırılan ömürlük mükafatı 2002-ci ildə – öz 10 illik yubileyi çərçivəsində təsis edib. 2002-ci ildən etibarən hər il bu ömürlük mükafatlar Fields İnstitutuna və Kanadanın riyaziyyatçılar birliyinə böyük töhfələr verən görkəmli tədqiqatçı alimlərə verilir.

Seçim komitəsi yeni mükafatçıların adlarını hər il Fields İnstitutunun iyun ayında keçirilən illik ümumi toplantısında elan edir. Azərbaycanda səfərdə olduğu üçün Məsud Əfəndiyev builki toplantıya onlayn formatda qatılıb.

Xatırladaq ki, azərbaycanlı elm xadimi dünyada “Dean`s Distinguished Professor” (Dekanın görkəmli professoru) statusunu daşıyan azsaylı riyaziyyatçı alimlərdən biridir. ABŞ və Kanadada bu statusu bir qayda olaraq Nobel mükafatı laureatları və öz sahələrində fundamental elmi nəticələr əldə etmiş dünya şöhrətli alimlər daşıyırlar.

Məsud Əfəndiyev 2018-ci ildə Toronto Universitetinin (UofT) ve Fields İnsitutunun dəvəti ilə “Deans Distinguished Visiting Professor” statusunda bir semestr boyu (1 yanvar – 30 iyun 2018) Riyaziyyat fakültəsində riyazi biologiya üzrə mühazirələr oxuyub. Həmin müddət ərzində Toronto Universitetinin (UofT) ve Fields İnsitutunun “Thematic Program on Emerging Challenges in Mathematical Biology” birgə layihəsinə başçılıq edib. Bu ali məktəblər və elmi mərkəzlər, adətən, “Deans Distinguished Visiting Professor” statusunda olan Nobel və Fields mükafatı laureatlarını mühazirələr oxumağa dəvət edirlər.

O, dünyada məşhur Aleksandr fon Humboldt Fondunun təsis etdiyi Aleksandr fon Humboldt mükafatına 1990-cı ildə layiq görülən ilk azərbaycanlı alimdir. Bu mükafatın yalnız 40 yaşına qədər olan xarici alimlərə verilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi