Azərbaycan diasporunun fəalları ABŞ-da şəhər meri ilə görüşüblər

Azərbaycan diasporunun fəalları ABŞ-da şəhər meri ilə görüşüblər Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal və diaspor fəalları Novruz bayramı münasibətilə Apeks şəhər meri Jak Gilberti ziyarət ediblər.
Diaspor
25 Mart , 2023 10:46
Azərbaycan diasporunun fəalları ABŞ-da şəhər meri ilə görüşüblər

Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal və diaspor fəalları Novruz bayramı münasibətilə Apeks şəhər meri Jak Gilberti ziyarət ediblər.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüş zamanı A.İqbal Novruz bayramı və adət-ənənələri haqqında merə məlumat verib. Bayram günlərində yaxın qohumların və dostların ziyarət edildiyi, Novruz xonçaları hədiyyə olunduğu merin nəzərinə çatdırılıb.

Sonra mer Jak Gilbertə Novruz xonçası və təşkilatın üzvü Lalə Bağırzadənin çəkdiyi albalı çiçəyi rəsmi təqdim edilib.

Azərbaycana dərin hörmət və məhəbbət hissi bəsləyən mer Jak Gilbert soydaşlarımızı bayram münasibətilə təbrik edib, xoş arzularını bildirib.

Qeyd edək ki, mer Jak Gilbert 2021-ci ildə Azərbaycanın Müstəqillik Günü, 2022-ci ildə isə Zəfər Günü münasibətilə bəyannamələr imzalayıb. Merin 2022-ci ildə Xocalı soyqrımının 30-cu ildönümü ilə əlaqədar imzaladığı bəyannamə ilə 26 fevral Apeks şəhərində “Xocalıları Anım Günü” elan edilib. O, ermənilərin təzyiqlərinə baxmayaraq bəyannamələri geri çəkməyib.

Son xəbərlər

Orphus sistemi