Azərbaycan diaspor rəhbəri Avropa İttifaqına təkliflər təqdim edib

Azərbaycan diaspor rəhbəri Avropa İttifaqına təkliflər təqdim edib Bakı. 14 noyabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə Avropa İttifaqı və Avropa Şurasının birgə əməkdaşlığı ilə Şərq tərəfdaşlığı ölkələri üçün “Düzgün idarə etmə xatirinə əməkdaşlıq” porqamı çərçivəsində toplantı keçirilib.
Diaspor
14 Noyabr , 2018 13:58
Azərbaycan diaspor rəhbəri Avropa İttifaqına təkliflər təqdim edib

Bakı. 14 noyabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə Avropa İttifaqıAvropa Şurasının birgə əməkdaşlığı ilə Şərq tərəfdaşlığı ölkələri üçün “Düzgün idarə etmə xatirinə əməkdaşlıq” porqamı çərçivəsində toplantı keçirilib. 

Ukrayna Millətlər Assambleyasından (UMA) “Reporta”a verilən məlumata görə, toplantıda assambleya prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev də təkiflərlə çıxış edib.

Rövşən Tağıyev Ukrayna etnik münasibətlərin yüksək səviyyədə olduğunu xatırladaraq bildirib ki, ölkədəki milli azlıqların hüquqları ilə bağlı rəhbərlik etdiyi Assambleyanın bir sıra təklifləri var. O bu təkliflərin qanunverici orqana təqdim edildiyini bildirib. Daha sonra R. Tağıyev son illər Ukraynanın məruz qaldığı sepratizmdən danışaraq son 27 ildə keçmiş Sovet ölkələrindən Gürcüstan (Abxaziya), Azərbaycan (Dağlıq Qarabağ), Moldova (Dnestryanı) kimi ölkələrində eyni separatizmə məruz qaldığını xatırladaraq paralelllik aparıb: “Son 4 ildə Ukrayna da daxil bu ölkələr faktiki olaraq işğaldan əziyyət çəkir. Təəssüf ki, Avropanın ali strukturları indiyə qədər bu problemlə bağlı ciddi bir addım ata bilməyiblər. O Avropa İttifaqını artıq ciddi addımlar atmağa çağırıb. Daha sonra R. Tağıyev ölkədə rus dilinin məhdudlaşdırılması ilə bağlı iradlarını bildirərək hökuməti bu məsələdə daha diqqətli olmağa çatırıb. Toplantıda Assambleya rəhbəri daha bir sıra təkliflərini səsləndirib və bütün bunları rəsmi formada Avropa İttifaqına təqdim edib.

Avropa Parlamentinin rəsmisi Verena Teylor və digərləri R.Tağıyevin təkliflərini təqdir ediblər. Toplantıda Avropa Şurasının, Avropa Parlamentinin və Avropa İttifaqının, o cümlədən Ukrayna Xarici İşlər Nazirliyinin rəsmiləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi