Aleksandr Duqin: "Rusiya azərbaycanlıları Bakı ilə Moskva arasında münasibətləri inkişaf etdirəcək güc olmalıdır"

Diaspor
  • 28 dekabr, 2017
  • 11:54
Aleksandr Duqin: Rusiya azərbaycanlıları Bakı ilə Moskva arasında münasibətləri inkişaf etdirəcək güc olmalıdır

Moskva. 28 dekabr. REPORT.AZ/ "Azərbaycan və Rusiyanın intellektual elitası Moskva və Bakı arasında yaxınlaşmaya daha fəal şəkildə kömək etməlidir".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqin deyib.

"Rusiya azərbaycanlıları Bakı ilə Moskva arasında münasibətləri inkişaf etdirəcək güc olmalıdır", - A.Duqin bildirib. O əlavə edib ki, bu istiqamətdə Azərbaycan diasporunun göstərdiyi səylər hələ ki kifayət qədər deyil.

Ekspert Ümumrusiya Azərbaycan Konqresinin bağlanılmasının əlaqələrin inkişafında mənfi məqam olduğunu vurğulayıb: "Burada, təbii ki, Rusiyanın məqsədli addımından danışmaq olmaz. Amma istəsəydilər, bu məsələni başqa cür rəsmiləşdirə bilərdilər. Məsələnin həlli yolu mənə pis təsir etdi. Bunun anlaşılmazlıq olduğunu düşünürəm və bu, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmamalıdır".

44 filmi