Yuxarı
    Bağlamaq

    Ümumrusiya Azərbaycan Konqresi rəsmən ləğv edilib

    Moskva. 28 noyabr. REPORT.AZ/ Rusiya Ali Məhkəməsi (AM) Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) verdiyi kassasiya şikayətini rədd edib.

    Bu barədə "Report"un Rusiya bürosu xəbər verir.

    Belə ki, ÜAK-ın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin və AM-in Apellyasiya Kollegiyasının qərarlarından verilən kassasiya şikayəti təmin edilməyib.

    Bununla da AM Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın hüquqi şəxs kimi dövlət reyestrindən çıxarılması və strukturun legitimlik statusunun alınması barədə qərarını təsdiqləyib.

    Xatırladaq ki, ÜAK 2001-ci ildə təsis edilmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi