Ümumrusiya Azərbaycan Konqresi rəsmən ləğv edilib

Ümumrusiya Azərbaycan Konqresi rəsmən ləğv edilib Moskva. 28 noyabr. REPORT.AZ/ Rusiya Ali Məhkəməsi (AM) Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) verdiyi kassasiya şikayətini rədd edib.
Diaspor
1168
28 Noyabr , 2017 16:46
Ümumrusiya Azərbaycan Konqresi rəsmən ləğv edilib

Moskva. 28 noyabr. REPORT.AZ/ Rusiya Ali Məhkəməsi (AM) Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) verdiyi kassasiya şikayətini rədd edib.

Bu barədə "Report"un Rusiya bürosu xəbər verir.

Belə ki, ÜAK-ın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin və AM-in Apellyasiya Kollegiyasının qərarlarından verilən kassasiya şikayəti təmin edilməyib.

Bununla da AM Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın hüquqi şəxs kimi dövlət reyestrindən çıxarılması və strukturun legitimlik statusunun alınması barədə qərarını təsdiqləyib.

Xatırladaq ki, ÜAK 2001-ci ildə təsis edilmişdi.

Son xəbərlər

Orphus sistemi