Yuxarı

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçirilib - FOTO

​Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçiril

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Təzəkənd kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, sakinlər kəndə verilən suvarma suyunun kifayət etməməsindən narazılıqlarını bildiriblər.

Sakinlərin sözlərinə görə, kəndə suvarma suyu müxtəlif vaxtlarda qrafiklə verilir və bu da əkin sahələrinin vaxtlı-vaxtında suvarılmasına imkan vermir.

Onlar bildiriblər ki, arxlarda su gec-gec gəldiyindən bura axıdılan çirkab sular nəticəsində ətrafa pis qoxu yaranır.

Əraziyə gələn Təzəkənd kənd rəhbərliyinin nümayəndəsi Vahid Xəlilov sakinlərin şikayətlərinin aidiyyatı qurumlara çatdırılacağına söz verib. O, yay aylarında kəndə suyun qrafiklə verildiyi və bunun da kifayət etmədiyi barədə məlumatlı olduğunu qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi