Fuad Muradov Arxangelsk vilayətinin qubernatoru ilə görüşüb

Fuad Muradov Arxangelsk vilayətinin qubernatoru ilə görüşüb Bakı. 27 sentyabr. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Diaspor
27 Sentyabr , 2018 12:52
Fuad Muradov Arxangelsk vilayətinin qubernatoru ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Fuad Muradov iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafında diasporun rolunu vurğulayıb. Bildirib ki, bu gün Rusiya Federasiyasının regionlarında Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini uğurla davam etdirməsi, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, biznes mühitində aktivliyi, siyasi vəzifələrdə təmsil olunması təqdirəlayiq haldır.

Görüşdə iştirak edən səfir Polad Bülbüloğlu Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə iqtisadi əməkdaşlıqla bağlı 17 sənədin imzalandığını xatırladaraq ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Moskvada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin yubileyinin keçirilməsi, oktyabr ayında Azərbaycan məhsullarının sərgisinin təşkili və digər tədbirlər müxtəlif sahələrdə əlaqələrin uğurla davam etdirilməsinin sübutudur.

İqor Orlov Arxangelsk vilayətindəki Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirərək azərbaycanlıların vilayətin ictimai, siyasi, iqtisadi və mədəni həyatında fəal rol oynadığını vurğulayıb. Azərbaycanla, ölkənin regionları ilə əməkdaşlığın formalaşmasında diasporun vacib əhəmiyyəti olduğunu deyən qonaq Dövlət Komitəsinin rəhbərliyini Arxangelsk vilayətinə dəvət edib.

Görüşdə Azərbaycan diasporu ilə Arxangelsk vilayətinin yaxın gələcəkdə həyata keçirəcəyi birgə layihələr müzakirə edilib. Həmçinin Arxangelskdə “Dostluq” parkının açılması, ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılması, qardaşlaşmış şəhərlər və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi