Zəngilanda "Azərbaycan qeyri-hökumət təşkilatları nəticələr və hədəflər" mövzusunda panel müzakirə keçirilib

Zəngilanda "Azərbaycan qeyri-hökumət təşkilatları nəticələr və hədəflər" mövzusunda panel müzakirə keçirilib Zəngilan rayonunda "Azərbaycan qeyri-hökumət təşkilatları nəticələr və hədəflər" mövzusunda panel müzakirə keçirilib.
Daxili siyasət
24 İyun , 2024 14:45
Zəngilanda Azərbaycan qeyri-hökumət təşkilatları nəticələr və hədəflər mövzusunda panel müzakirə keçirilib

Zəngilan rayonunda "Azərbaycan qeyri-hökumət təşkilatları nəticələr və hədəflər" mövzusunda panel müzakirə keçirilib.

"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində keçirilən müzakirə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat Hikmət Babaoğlu, "Bakı Təşəbbüs Qrupu" İctimai Birliyinin sədri Abbas Abbasov, "Erməni Təcavüzünün Tanıdılması" İctimai Birliyinin sədri Səriyyə Cəfərova çıxış ediblər.

Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat Hikmət Babaoğlu söyləyib ki, Qərbi Azərbaycana Qayıdışın vətəndaş cəmiyyətinin prioritetlərin biri olmalıdır. Deputat Qərbi Azərbaycan toponimlərinin mənşəyi haqqında ətraflı məlumat verərək, həmin yer adlarının sırf Azərbaycan-Türk mənşəli olduğunu izah edib.

"Bakı Təşəbbüs Qrupu" İctimai Birliyinin sədri Abbas Abbasov isə Azərbaycanın neokolonializmlə mübarizəsinə toxunub. O rəsmi Bakının bundan sonra da dekolonizasiya təşəbbüslərini dəstəkləyəcəyini vurğulayıb:

"Ölkəmiz öz siyasətini davam etdirərək, müasir kolonializmə qarşı mübarizəyə dəstək verəcək, bununla əlaqədar daha çox addımlar atacaq. "Bakı Təşəbbüs Qrupu" da məhz bu istiqamətdə beynəlxalq səviyyədə aktivliyini davam etdirəcək".

Azərbaycanın Zəfər dövrünün innovasiyalar və islahatlar dövrü olduğunu vurğulayan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli QHT sektorunu da ölkənin milli prioritetləri ilə həmahəng inkişafa çağırıb:

"QHT sektoru transformativ baxışa malik olmalıdır. Ən vacib məsələ isə islahatların davam etdirilməsidir. Vətəndaş cəmiyyəti milli inkişaf prioritetlərinin həyata keçirilməsinə hərtərəfli dəstək verməlidir. Sektorda ən yüksək hesabatlılıq və şəffaflıq standartları tətbiq edilməli, sağlam rəqabət mühiti formalaşdırılmalıdır".

"Erməni Təcavüzünün Tanıdılması" İctimai Birliyinin sədri Səriyyə Cəfərova isə çıxışına onun dəvətini qəbul edərək Xocalıdakı evinə gələn Prezident İlham Əliyevə təşəkkür etməkə başlayıb:

"Prezidentin Xocalıdan verdiyi mesajlar bütün Azərbaycan xalqını, eləcə də məni ruhlandırır, daha mübariz edir. Mən bundan sonra erməni təcavüzünün dünyaya çatdırılmasına faciə yaşadığımız Xocalıdan çalışacam. Burada yaşayıb, öz doğma yurdumda fəaliyyət göstərəcəm" - S.Cəfərova əlavə edib.

Son xəbərlər

Orphus sistemi