Zakir Qaralov: “Bəzi qüvvələr Azərbaycan ordusuna ləkə vurmaq istəyirlər”

Zakir Qaralov: “Bəzi qüvvələr Azərbaycan ordusuna ləkə vurmaq istəyirlər” Baş prokuror: “Dövlətimiz və hərbi qüdrətimiz üçün bu gün hər hansı bir təhlükə yoxdur"
Daxili siyasət
6 İyun , 2017 11:46
Zakir Qaralov: “Bəzi qüvvələr Azərbaycan ordusuna ləkə vurmaq istəyirlər”
Report.az

Bakı. 6 iyun. REPORT.AZ/ "Azərbaycan ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV-lər həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyimizə xələl gətirən müxtəlif məlumatlar və məqalələr dərc edirlər". 

“Report” xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov deyib.

O bildirib ki, artıq 6 KİV-ə Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib: "Bütün KİV-ləri bu məlumatların işıqlandırmaqdan çəkinməyə çağırıram. Azərbaycan dövləti müharibə şəraitində yaşayır. Heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan ordusuna, onun hərbi qüdrətinə, orduda xidmət edən qeyrətli azərbaycanlı balalarımıza ləkə vuraraq xələl gətirsin. İstənilən hallar mövcud ola bilər, ancaq dövlət qurumları bunun qarşısını alıblar. Dövlətimiz və hərbi qüdrətimiz üçün bu gün hər hansı bir təhlükə yoxdur".

Son xəbərlər

Orphus sistemi