YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib Partiyanın yaranmasından 25 il ötür
Daxili siyasət
21 Noyabr , 2017 12:05
YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 25 il ötür.

"Report" xəbər verir ki, bu münasibətlə YAP rəhbərliyi Fəxri xiyabanda partiyanın qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.

YAP sədrinin və baş nazirin müavini Əli Əhmədov, baş nazirin müavini Əli Həsənov, YAP icra katibinin müavini Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova, deputatlar və ictimaiyyət nümayəndələri Heydər Əliyevin məzarı önünə əklil, akademik Zərifə Əliyevanın məzarı önünə gül dəstələri qoyublar.

Son xəbərlər

Orphus sistemi