Altı partiya YAP-a qoşulub - SİYAHI - YENİLƏNİB

Altı partiya YAP-a qoşulub - SİYAHI - YENİLƏNİB Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı keçirilir
Daxili siyasət
5 Mart , 2021 12:39
Altı partiya YAP-a qoşulub - SİYAHI - YENİLƏNİB

Azərbaycanda 6 partiya Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.

"Report" xəbər verir ki, bu barədə YAP-ın bu gün keçirilən VII qurultayında qərar qəbul edilib.

YAP-a qoşulan partiyalar aşağıdakılardır:

1. Azərbaycan Xalq Demokratik Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Rafiq Turabxandır)
2. Azərbaycan Kəndli Partiyası (1992-ci ildə qeydiyyata alınıb)
3. Milli Qurtuluş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədri Vüqar Orucdur)
4. Azərbaycan Yurddaş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədr Gülarə Səfərova)
5. Azərbaycan Milli Hərəkat Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Samir Səfərovdur)
6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Qasım Qasımovdur)

12:04

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilir.

"Report" xəbər verir ki, qurultayda Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədrləri iştirak edirlər.

Belə ki, qurultayda onların YAP-a qoşulmaq üçün müraciətlərinə də baxılacaq.

Son xəbərlər

Orphus sistemi