Xocavəndə qayıdan ailələrə mənzillərinin açarları təqdim edilib - YENİLƏNİB-2

Daxili siyasət
  • 25 avqust, 2026
  • 13:22
Xocavəndə qayıdan ailələrə mənzillərinin açarları təqdim edilib - YENİLƏNİB-2

Xocavəndə qayıdan ailələrə mənzillərinin açarları təqdim edilib.

"Report"un Xocavəndə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, rayon ərazisinə ümumilikdə 43 ailədən ibarət 191 nəfər qayıdıb.

Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə yola salınan köç karvanları Xocavənd şəhərinə çatıb.

"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 19 (88 nəfər), Qırmızı Bazar qəsəbəsinə 11 (42 nəfər), Quzeyxırman kəndinə isə 13 ailənin (61 nəfər) köçürülüb.

Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə ümumilikdə 43 ailədən (191 nəfər) ibarət növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd şəhərinə 19 (88 nəfər), Qırmızı Bazar qəsəbəsinə 11 (42 nəfər), Quzeyxırman kəndinə isə 13 ailənin (61 nəfər) qayıdışı təmin edilib.