Baş nazirin müavini: "Xocalı soyqırımını erməni silahlı qüvvələri, onların havadarları törədib"

Baş nazirin müavini: "Xocalı soyqırımını erməni silahlı qüvvələri, onların havadarları törədib" Bakı. 25 fevral. REPORT.AZ/ “Xocalı sıyqırımı ən qanlı hadisələrdən biridir. Bir gecənin içində erməni daşnakları ölkəmizin bir şəhərinin əhalisini tamamilə məhv edib, dinc əhaliyə amansızlıqla divan tutub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri ahıl qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib. Bu dəhşətli faciə bir gecənin içində baş verib. Bu hadisə heç vaxt unudulmayacaq”.
Daxili siyasət
25 Fevral , 2019 15:27
Baş nazirin müavini: Xocalı soyqırımını erməni silahlı qüvvələri, onların havadarları törədib

Bakı. 25 fevral. REPORT.AZ/ “Xocalı sıyqırımı ən qanlı hadisələrdən biridir. Bir gecənin içində erməni daşnakları ölkəmizin bir şəhərinin əhalisini tamamilə məhv edib, dinc əhaliyə amansızlıqla divan tutub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri ahıl qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib. Bu dəhşətli faciə bir gecənin içində baş verib. Bu hadisə heç vaxt unudulmayacaq”.

“Report” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov “Xocalı soyqırımını unutmadıq!” adlı keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Azərbaycan xalqı qisasçı olmayıb, heç vaxt qisasçılıq aşılanmayıb: “Biz insanları, xüsusilə də gəncləri qisasçılığa yönəltmirik. İstəyirik, bu cinayəti törədənlər cəzalandırılsın. Qarşımızda duran vəzifə budur. Bir xalq, millət olaraq buna nail olacağıq. Biz bu faicəni dünyaya tanıtmalıyıq. Bu istiqamətdə müvafiq işlər görülüb. Zaman keçdikcə bu faciəni tanıyanların sayı artacaq. Bu faciəni törədənlərə insan demək olmaz. Bu soyqırımı erməni silahlı qüvvələri, onların havadarları törədib, məsuliyyəti birbaşa onlar daşıyır”.

Ə.Əhmədov vurğulayıb ki, ölkənin sərhədlərini qorumaq üçün dövlət güclü olmalıdır: “Dövlət güclü olmazsa, insanları qoruya bilməz. 1990-cı illərdə torpaqların işğalının bir səbəbi ermənilərin işğalçılıq siyasəti idisə, digər səbəb isə dövlətin zəif olması idi. Zəifləyən dövlətə müxtəlif formada təzyiqlər edilir”.

Son xəbərlər

Orphus sistemi