Xocalı sakini: "Qarabağın quru daşı mənim üçün imarət, quru torpağı isti ana qucağıdır"

Xocalı sakini: "Qarabağın quru daşı mənim üçün imarət, quru torpağı isti ana qucağıdır" 32 illdən sonra Xocalıda doğma evinə köçənlərdən biri də Hərbi Əliyev və onun ailəsidir.
Daxili siyasət
29 May , 2024 18:23
Xocalı sakini: Qarabağın quru daşı mənim üçün imarət, quru torpağı isti ana qucağıdır

32 illdən sonra Xocalıda doğma evinə köçənlərdən biri də Xəlil Vəliyev və onun ailəsidir.

Xocalı sakini "Report"un Qarabağ Bürosuna açıqlamasında doğma şəhəri ilə qovuşmasının təəssüratlaırnı bölüşüb.

X.Vəliyev deyir ki, Xocalı işğal olan gün atası, qardaşı və qardaşının 3 yaşlı uşağı girov götürülüb, atasının bacısı isə şəhid olub. Amma, bu gün Xocalıya köçün sevinci o ağrılara da məlhəmdir:

"Əlbəttə ki, çox qarışıq hisslərlə yaşayırıq. Yarı sevinc, yarı kədərliyik. Amma hər nə qədər kədərli olsaq da, bu qayıdışla şəhidlərimizin də ruhunun rahat olduğunu düşünürük və təsəlli tapırıq".

X.Vəliyev yaxınlarının ona verdiyi suallardan danışıb:

"Köçməyimizi eşidən dost-tanışlar deyir ki, Xocalıda evinizi tapdınızmı, necədir, yeri qalıb? Amma mən bunu tam əminliklə deyirəm ki, Qarabağın quru daşı mənim üçün imarət, quru torpağı isti ana qucağıdır. Əhd etmişdim ki, Xocalıya ayaqyalın gedəcəyəm. Bunu da etdim, "Xocalı" yazılan lövhədən sonra ayaqyalın tikanlı kolların içərisindən keçdim. Mən də çöküb o torpaqları hərisliklə öpdüm, o torpaqdan yedim".

Vətən həsrətinin bitdiyini deyən X.Vəliyev ölkə başçısına minnətdarlığını bildirib, şəhidlərin ruhuna dualar edib:

"Bütün yol boyu şəhidlərimizin ruhuna dualar oxudum. Allaha dua edərək bugünkü sevincli günləri xalqımıza çox görməməsi üçün yalvardım. Bir daha acılı günlərin olmaması üçün dua etdim. Azərbaycanın hər yeri bizim üçün əzizdir. Amma Qarabağ yoxdursa, Xocalı məhv olubsa bu, ana Vətənin köksündə sağalmaz yara idi. Şükür ki, bu yara artıq sağalıb".

Son xəbərlər

Orphus sistemi