Azərbaycan və Türkiyənin ombudsmanları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Azərbaycan və Türkiyənin ombudsmanları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, təşkilatın Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin və P
Daxili siyasət
15 Sentyabr , 2021 10:45
Azərbaycan və Türkiyənin ombudsmanları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Ombudsman Səbinə Əliyeva, Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, Assosiasiyanın Baş katibinin müşaviri Muhammad Javed Ghani, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şəhidlər Xiyabanını ziyarət ediblər.

"Report"un xəbərinə görə, qonaqlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad ediblər.

Onlar daha sonra Bakı Türk Şəhidliyini də ziyarət ediblər.

Qeyd edək ki, Türkiyə və Pakistan Ombudsman heyətləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın dəvəti ilə Azərbaycana səfərə gəliblər.

10:16

Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, Assosiasiyanın Baş katibinin müşaviri Muhammad Javed Ghani Azərbaycana səfərə gəlib.

"Report"un xəbərinə görə, Azərbaycan, Türkiyə və Pakistan Ombudsman nümayəndə heyəti ilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Qeyd edək ki, İƏT və Pakistan Ombudsman nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib. 14-19 sentyabr tarixlərini əhatə edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi