AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1999-cu il təvəllüdlü Həbib İsmayılovla Ağdaş rayonunun Ərəb kəndində keçirilən vida mərasimi başa çatıb.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, H.İsmayılovun nəşi Ərəb kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində H.İsmayılovun doğmaları, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin əməkdaşları ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1999-cu il təvəllüdlü Həbib İsmayılovun cənazəsi Ağdaş rayonunun Ərəb kəndində ailəsinə təhvil verilib.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hazırda kənddə onunla vida mərasimi keçirilir.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.