Patoloji Anatomiya Bürosunda təyyarə qəzasında həlak olanların nəşi müayinədən keçirilib - YENİLƏNİB

Patoloji Anatomiya Bürosunda təyyarə qəzasında həlak olanların nəşi müayinədən keçirilib - YENİLƏNİB Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin cənazəsi tibbi ekspertiza məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöb
Daxili siyasət
29 Dekabr , 2024 04:50
Patoloji Anatomiya Bürosunda təyyarə qəzasında həlak olanların nəşi müayinədən keçirilib - YENİLƏNİB

Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olan 13 nəfərin nəşinin Şərifzadə küçəsində yerləşən Patoloji Anatomiya Bürosunda təkrar müayinəsi həyata keçirilib.

“Report” xəbər verir ki, hazırda 13 mərhumun cənazəsi dəfn ediləcəkləri ünvanlara çatdırılacaq.

Qeyd edək ki, müayinədən keçirilən meyitlərlə bağlı ekspertiza rəyi aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək.

01:50

Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin nəşi tibbi ekspertiza məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrinə aparılıb.

“Report” xəbər verir ki, hazırda Şərifzadə küçəsində yerləşən Patoloji Anatomiya Bürosu, Sabunçu rayon şöbəsi və Nəsimi rayon şöbəsində meyitlərin təkrar müayinəsi həyata keçirilir.

Qeyd edək ki, həlak olanların nəşi məhkəmə-tibbi müayinədən keçiriləcək, ekspertiza rəyi hazırlanaraq aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi