Tənzilə Rüstəmxanlı seçki məntəqələrində seçicilərlə birbaşa ünsiyyət qurub

Daxili siyasət
  • 19 avqust, 2024
  • 17:32
Tənzilə Rüstəmxanlı seçki məntəqələrində seçicilərlə birbaşa ünsiyyət qurub

Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası davam edir.

“Report” xəbər verir ki, namizədlərin seçicilərlə görüşləri ilə bağlı ölkə mətbuatında məlumatlar dərc olunur.

Seçki mühitində 70 saylı Neftçala seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin müşaviri, Azərbaycan Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlının apardığı təşviqat kampaniyası diqqət çəkir. Belə ki, təşviqat kampaniyasının ilk ongünlüyündə 15 yaşayış məntəqəsində görüş keçirilib. Üst-üstə 30-a yaxın seçki məntəqəsinin ərazisini əhatə edən görüşlərdə seçicilərlə birbaşa ünsiyyət qurulub.

70 saylı Neftçala seçki dairəsinin 49 məntəqədən ibarət olduğunu nəzərə alsaq, demək, 10 gün ərzində dairənin dislokasiya ərazisinin böyük əksəriyyəti əhatə olunub.

Seçki qərargahından verilən məlumata görə, növbəti 10 gün üçün də təşviqat kampaniyasının iş planı hazırlanıb və kampaniya ərzində bütün kəndlərdə seçicilərlə görüşlər keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti