Estoniyanın paytaxtı Tallində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbir Azərbaycan Evində təşkil edilib.
"Avropada enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunu qiymətləndirməmək olmaz", - Estoniya-Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri Niyazi Hacıyev bildirib.
Anım mərasimində Estoniya Konservatoriyasında təhsil alan azərbaycanlı tələbələrin ifasında Azərbaycan musiqi əsərləri səsləndirilib.
Həmçinin tədbir çərçivəsində Heydər Əliyevin həyat yolundan bəhs edən sənədli film nümayiş etdirilib, ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi qurulub.
Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən dövrlərini əks etdirən portret və fotoşəkillərinin nümayiş olunduğu sərgi tədbirə gələnlərin böyük marağına səbəb olub.


