Tailandın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Tailandın Baş naziri Prezident İlham Əliyevi təbrik edib Bakı. 27 aprel. REPORT.AZ/ Tailand Krallığının Baş naziri General Prayut Çan-o-ça Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
27 Aprel , 2018 18:06
Tailandın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Bakı. 27 aprel. REPORT.AZ/ Tailand Krallığının Baş naziri General Prayut Çan-o-ça Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Tailand Krallığının hökuməti və xalqı adından ən səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf hissi duyuram.

Əminəm ki, Sizin əzmkar və müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası və xalqı bundan sonra da inkişaf yolu ilə irəliləyəcək. Hökumətimiz Tailand Krallığı ilə Azərbaycan Respublikası arasında olan qədim dostluq münasibətlərini daha da inkişaf etdirmək və möhkəmləndirmək üçün ölkələrimiz və xalqlarımızın ortaq mənafeyi naminə bundan sonra da Sizinlə sıx əməkdaşlıq etmək niyyətinə sadiqdir.

Zati-aliləri, Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayır, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi