Şuşa Bəyannaməsi müstəqilliyin möhkəmləndirilməsi baxımından tarixi sənəddir - RƏY

Şuşa Bəyannaməsi müstəqilliyin möhkəmləndirilməsi baxımından tarixi sənəddir - RƏY Şuşa Bəyannaməsi Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında rol oynayan tarixi sənədlərdən biridir.
Daxili siyasət
15 İyun , 2024 12:05
Şuşa Bəyannaməsi müstəqilliyin möhkəmləndirilməsi baxımından tarixi sənəddir - RƏY

Şuşa Bəyannaməsi müstəqilliyin möhkəmləndirilməsi baxımından tarixi sənəddir.

Bu fikirləri “Report”a açıqlamasında 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini şərh edən Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O qeyd edib ki, Bəyannamənin imzalanması müəyyən risk yaradan addım idi:

“Vətən müharibəsindən öncə, müharibə dövründə də Azərbaycanla Rusiyanın münasibətləri yaxşı idi. Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsində Azərbaycan öz ordusunu gücləndirərək torpaqlarını 30 ildən sonra işğaldan azad edə bilmişdi. Müharibədən qısa müddət sonra Şuşa Bəyannaməsinin imzalanması Türkiyə və Azərbaycanın hərbi sahədə əməkdaşlığı, bir-birinin təhlükəsizliyinin təmin edilməsinə dəstək verməsi demək idi. Ona görə də, Şuşa Bəyannaməsi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi baxımından bir növ qarant hesab edilir”.

V.Əhmədov Azərbaycan və Türkiyə arasında bütün sahələrdə effektiv əməkdaşlığın genişləndirildiyini, hər iki ölkə rəhbərinin dostluğunun bütün dünyaya nümunə olduğunu söyləyib. Deputat vurğulayıb ki, Şuşa Bəyannaməsindən sonra Azərbaycanla Rusiya arasında da müqavilə imzalandı və bu, müttəfiqlik sənədi adlandırıldı:

Vahid Əhmədov
Vahid Əhmədov

“Bu da çox düzgün addım idi. Çünki Rusiyada Ermənistana dəstək verən, işğalın tərəfdarı olan, Azərbaycanı istəməyən qüvvələrin olduğunu bilirik. Həmin qüvvələr Azərbaycan və Türkiyənin müttəfiqliyindən istifadə edərək, öz ölkələrində mənfi rəy formalaşdıra bilmədilər.

Faktiki olaraq, “bir millət, iki dövlət” anlayışı artıq “bir millət, bir dövlət” prinsipinə çevrilir. Bəyannamə imzalandıqdan sonra çox mühüm birgə hərbi təlimlər keçirilir, qarşılıqlı addımlar atılır”.

Deputat xüsui qeyd edib ki, Türk Dövlətləri Təşkilatının yaradılmasının da ideoloqu məhz Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan olub:

“Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyənin simasında bütün türk dövlətlərinin əməkdaşlığının gücləndirilməsini ön plana çıxardı. Bu proses indi daha aktiv və uğurla davam etdirilir. Biz Şuşa Bəyannaməsinin müsbət siyasi nəticələrini artıq üç ildir, hiss edirik. Qarşıdakı dövrdə bu əhəmiyyətli sənədin bölgədə və türk dövlətləri arasında, Azərbaycan-Türkiyə qardaşlığında rolu daha da artacaq”.

Son xəbərlər

Orphus sistemi