Səməd Seyidov: “Azərbaycana xarici ölkələrdə neçə səfirlik, konsulluq lazım olduğunu müəyyənləşdirməliyik”

Səməd Seyidov: “Azərbaycana xarici ölkələrdə neçə səfirlik, konsulluq lazım olduğunu müəyyənləşdirməliyik” Komitə sədri: “Bu istiqamətdə təhlillər aparmalıyıq, səfirlik, konsulluq, nümayəndəliklərin işinin səmərəlilik məsələsi müzakirə olunmalıdır”
Daxili siyasət
7 Dekabr , 2016 17:30
Səməd Seyidov: “Azərbaycana xarici ölkələrdə neçə səfirlik, konsulluq lazım olduğunu müəyyənləşdirməliyik”

Bakı. 7 dekabr. REPORT.AZ/ “Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu, 5 nümayəndliyi fəaliyyət göstərir. Öncə müəyyən etməliyik ki, Azərbaycan üçün neçə səfirlik, konsulluq, nümayəndəlik lazımdır. Bu səfirlik, konsulluq, nümayəndəliklərin işinin səmərəlilik məsələsi müzakirə olunmalıdır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasınındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov parlamentin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu istiqamətdə prioritetlər müəyyən olunmalıdır: “Avstriya təcrübəsi belədir, səfirliklərin səviyyəsi müəyyən olunur, hər hansı ölkədə səfirliyin açılması zərurəti ortaya çıxırsa, bütün səfirliklərin fəaliyyəti təhlil edilir. Ən yüksək təhlillərdən sonra səmərəsiz, fəaliyyəti olmayan səfirlik bağlanır, başqa ölkədə açılır. Amma səfirliklərin sayı artırılmır. Hesab edirəm ki, post-neft siyasətinə keçid yalnız, iqtisadi modelə aid olmamalıdır. Bu, o cümlədən xarici əlaqələrə də aid olmalıdır. Biz bu istiqamətdə təhlillər aparmalıyıq. Bu təhlil səfirliklərin, konsulluqların, nümayəndəliklərin fəaliyyəti və onlara aid ayrılan vəsait üzərində olmalıdır”.

Son xəbərlər

Orphus sistemi