52 saylı DSK-nın sədri: "Seçki prosesində qanun pozuntusu qeydə alınmayıb" - VİDEO

Daxili siyasət
  • 23 dekabr, 2019
  • 07:41
52 saylı DSK-nın sədri: Seçki prosesində qanun pozuntusu qeydə alınmayıb - VİDEO

Quba rayonunda bələdiyyə seçkiləri üzrə səsvermə davam edir.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev həyat yoldaşı ilə birlikdə 52 saylı Quba seçki dairəsinin 1 saylı seçki məntəqəsində səs verib.

52 saylı Dairə Seçki Komissiyasının (DSK) sədri Mübariz Abasov deyib ki, səsvermə sakit formada və qanunlar çərçivəsində keçirilir. 

Onun sözlərinə görə, DSK-nın 72 seçki məntəqəsi var: "19 bələdiyyə üzrə 185 yer uğrunda 491 nəfər namizəd mübarizə aparır. Ümumilikdə 52 saylı seçki dairəsində 46952 seçici qeydiyyatdadır. Onlardan, 885 nəfəri ilk dəfə səs verəcək vətəndaşlardır".

Komissiya sədri deyib ki, bütün məntəqələr lazımi avadanlıqlarla təmin olunub, 10 məntəqədə veb-kameralar quraşdırılıb: "İndiyə qədər seçki prosesində qanun pozuntusu qeydə alınmayıb".

52 saylı DSK-nın sədri: "Seçki prosesində qanun pozuntusu qeydə alınmayıb" - VİDEO