Yuxarı

“Saxta erməni soyqırımının növbəti ifşası” mövzusunda "dəyirmi masa" keçirilib

Tədbirdə film nümayiş olunub

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda “Saxta erməni soyqırımının növbəti ifşası” mövzusunda “dəyirmi masa” keçirilib.

“Report”un xəbərinə görə, tədbirin giriş hissəsində Azərbaycan və Ermənistan tarixinin qadağan edilmiş tarixçəsi barədə "AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi, ATV telekanalı və AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun birgə istehsalı olan film nümayiş olunub.

Filmdə Rusiya və erməni siyasətçilərinin, alimlərin fikirləri, həmçinin ilk dəfə Rusiya, Türkiyə və Gürcüstanın arxivlərindən Azərbaycanın tarixi ilə bağlı nadir sənədlər təqdim edilib. 

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib ki, ermənilər saxta bəyanatlarla çıxış etməklə özlərinin uydurduqları yalanları gizlətməyə cəhd göstərirlər. O bildirib ki, ermənilərin çirkin niyyətlərini həyata keçirmələri sülhə, sabitliyə təhlükədir. İ.Həbibbəyli ermənilərin Azərbaycan xalqına qarşı soyqırımlar törətdiyini vurğulayıb.

Sonra Elmi-Tədqiqat İnstitutunun ekspertləri çıxış ediblər, ermənilərin işğalçı siyasətindən söz açıblar.

Bildirilib ki, Azərbaycana qarşı törədilən cinayətlər haqda gənc nəslin marifləndirilməsinə, onlarla bu istiqamətdə təbliğat işlərinin aparılmasına önəm verilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi