Baş nazirin müavini: "Sabah erməni işğalı altında olan rayonların icra başçıları ilə görüş keçiriləcək"

Baş nazirin müavini: "Sabah erməni işğalı altında olan rayonların icra başçıları ilə görüş keçiriləcək" Məqsəd Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində planlaşdırılan işlərin müzakirə olunmasıdır
Daxili siyasət
27 Yanvar , 2017 18:31
Baş nazirin müavini: Sabah erməni işğalı altında olan rayonların icra başçıları ilə görüş keçiriləcək

Bakı. 27 yanvar. REPORT.AZ/ “Sabah Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində erməni işğalı altında olan rayonların icra başçıları, deputatlar və layihəçilərlə görüş keçiriləcək". 

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Onun sözlərinə görə, görüşün keçirilməsində məqsəd Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində planlaşdırılan işlərin müzakirə olunmasıdır.

Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi