Rusiya fövqəladə hallar naziri FHN-in Akademiyasında olub

Rusiya fövqəladə hallar naziri FHN-in Akademiyasında olub Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında
Daxili siyasət
31 Yanvar , 2024 18:10
Rusiya fövqəladə hallar naziri FHN-in Akademiyasında olub

Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olub.

"Report" xəbər verir ki, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun iştirak etdiyi tədbirdə qonaqlara ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, Akademiya FHN üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Akademiyada beynəlxalq əlaqələrə xüsusi diqqət verildiyi vurğulanıb, ali təhsil ocağının bir sıra ölkələrin müvafiq təhsil müəssisələri, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyası ilə uğurla əməkdaşlıq etdiyi qeyd olunub.

Qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkiblər. Nazir Aleksandr Kurenkov Heydər Əliyev Mərkəzində Akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən rusiyalı nazir Akademiyanın fəaliyyətini yüksək qiymətləndirib, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Son xəbərlər

Orphus sistemi