Yuxarı

Rəbiyyət Aslanova Dövlət Komissiyasının üzvlüyündən çıxarılıb

Onun yerinə Bahar Muradova təyin edilib

Bakı. 21 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Komissiyanın üzvləri siyahısından Rəbiyyət Aslanovanın adı çıxarılıb.

Onun yerinə Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova təyin edilib.

Sənəd “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamını “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 70-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi