Daxili işlər naziri bu il keçiriləcək kütləvi tədbirlərlə əlaqədar Əlahiddə Çevik Polis Alayına tapşırıqlar verib

Daxili işlər naziri bu il keçiriləcək kütləvi tədbirlərlə əlaqədar Əlahiddə Çevik Polis Alayına tapşırıqlar verib Bakı. 15 yanvar. REPORT.AZ/ Daxili işlər naziri Ramil Usubov bu il keçiriləcək kütləvi tədbirlərlə əlaqədar Əlahiddə Çevik Polis Alayına tapşırıqlar verib.
Daxili siyasət
15 Yanvar , 2019 16:09
Daxili işlər naziri bu il keçiriləcək kütləvi tədbirlərlə əlaqədar Əlahiddə Çevik Polis Alayına tapşırıqlar verib

Bakı. 15 yanvar. REPORT.AZ/ Daxili işlər naziri Ramil Usubov bu il keçiriləcək kütləvi tədbirlərlə əlaqədar Əlahiddə Çevik Polis Alayına tapşırıqlar verib.

“Report”un xəbərinə görə, R.Usubov Əlahiddə Çevik Polis Alayında 2018-ci il ərzində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan əməliyyat müşavirəsində deyib ki, Alay bu istiqamətdə böyük təcrübə qazanıb.

R.Usubov çıxışı zamanı “2019 Formula-1 Azərbaycan Qran Pri”si, futbol üzrə UEFA Avropa Liqasının final görüşü, Avropa Gənclər Olimpiya Festivalı kimi beynəlxalq əhəmiyyətli idman tədbirlərinin keçiriləcəyi ilə əlaqədar qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icra edilməsinin, qüvvə və vasitələrin tədbirlər ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsinin, həmçinin peşəkarlığın artırılması məqsədilə müvafiq təlim-məşqlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Son xəbərlər

Orphus sistemi