Qüdrət Həsənquliyev: “Əli Kərimli deyir müharibə lazımdır, bu nə deməkdir?!”
- 15 aprel, 2016
- 07:32
Bakı. 15 aprel. REPORT.AZ/ “Azərbaycanda elə mövzular var ki, onun üzərində siyasət qurmaq yolverilməzdir. Bu mövzularından biri də şəhidlərlə bağlıdır. Təəssüflər olsun ki, belə halların şahidi oluruq. Bu, ürəkağrıdıcıdır”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı, BAXCP Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında deyib.
O bildirib ki, bəzi şəxslərin deputatların guya şəhidlərin yas mərasimlərinə qatılmamasını iddia etmələri doğru deyil: “İddia edirlər ki, şəhidlərimiz gizlədilir, gizli dəfn olunurlar. Bu cür fikirlər, iddialar yolverilməzdir. Kiminləsə düşmənçilik etmək istəyirsənsə, başqa mövzuda et. Müxalifətsənsə, digər mövzulara müraciət et. Əli Kərimli deyir ki, müharibə lazımdır. Bu nə deməkdir?! Bu mövzudan siyasət olmaz”.