Qubadlıda yerləşən seçki məntəqəsi lazımi avandanlıqlarla təmin edilib
Daxili siyasət
- 27 avqust, 2024
- 08:25
İşğaldan azad edilən Qubadlının Xanlıqlar kəndində yerləşən seçki məntəqəsi bütün lazımi avandanlıqlarla təmin edilib.
Bunu "Report"un Qarabağa ezam olunmuş müxbirinə 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 60 saylı Seçki Məntəqəsinin sədri Akif Mirzəyev deyib.
O bildirib ki, məntəqə üzrə səs verən seçicilərin hamısı təsdiq olunub, bildirişlər paylanılıb:
"Məntəqə üzrə 833 seçicimiz var. Onlardan biri ilk dəfə seçkilərdə iştirak hüququ qazanıb. Seçici fəallığının yüksək olacağını gözləyirik. Bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərində də məntəqə fəaliyyət göstərib və fəallıq yüksək olub".
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Foto: Vüqar Xanlarov
Son xəbərlər
10:18
Qırğızıstan Prezidenti üç naziri vəzifəsindən azad edib
Region10:17
AFFA rəsmisi UEFA-dan təyinat alıb
Futbol10:16
"Brent" markalı neftin qiyməti 68 dollara yaxınlaşır
Energetika10:14
Foto
Təhsil, innovasiya və dayanıqlılıq eyni platformada: 29 ali təhsil müəssisəsi Mingəçevir Dövlət Universitetinin keyfiyyət forumunda
Elm və təhsil10:01
Bakıda duman var
Ekologiya10:01
AVF yeniyetmə və gənc oğlan voleybolçuların seleksiya prosesinə start verib
Komanda09:59
Astarada 64 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə09:50
Qazaxıstanda partlayış olub, üç nəfər yaralanıb
Region09:49