Qisas qiyamətə qalmadı - Zəngilanlılar danışır

Qisas qiyamətə qalmadı - Zəngilanlılar danışır 27 il bundan əvvəl Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan torpaqlarını işğal etdi.
Multimedia
23 Oktyabr , 2020 15:57
Qisas qiyamətə qalmadı - Zəngilanlılar danışır

Azərbaycan Ordusunun sentyabrın 27-dən Qarabağda həyata keçirdiyi əks-hücum əməliyyatı (Vətən müharibəsi) çərçivəsində işğaldan azad etdiyi şəhərlərimizdən biri də Zəngilandır.

Bu bölgə 1993-cü il oktyabrın 29-da işğal edilmişdi və 27 ildir ki, həmin tarix işğal günü qeyd olunur. Bundan sonra isə hər il oktyabrın 20-i Zəngilanın işğaldan azad edilmə günü kimi qeyd olunacaq.

Zəngilandan minlərlə insan məcburi köçkün düşüb. Onların bir hissəsinə evlərinə, ata-baba yurdlarına qayıtmaq qismət olmadı və torpaq həsrəti ilə bu dünyadan köçdülər. Amma Zəngilanı erməni işğalından azad edilmiş görmək xeyli sayda zəngilanlıya qismət oldu. Onların bir qismi keçirdikləri hisləri "Report"un kamerasına danışıblar. Müsahiblərimizin bəziləri elə "Report" İnformasiya Agentliyində çalışırlar.

Son xəbərlər

Orphus sistemi